“2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində İslam bankçılığının inkişafını şərtləndirəcək strateji təşəbbüslər müzakirə edilib.
Teleqraf xəbər verir ki, bu yöndə müzakirələr Mərkəzi Bank sədrinin birinci müavini Əliyar Məmmədyarov və Əl-Huda İslam Bankçılığı və İqtisadiyyatı Mərkəzinin baş icraçı direktoru Məhəmməd Zubair Muğalı aparısında aparılıb.
Görüş zamanı cari iqtisadi tendensiyalar, İslam bankçılığının inkişafı istiqamətində zəruri olan normativ dəyişikliklər ətrafında fikir mübadiləsi aparılıb.