Avqust 18, 2025-1:22
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

“Ustad Ələsgərin Göyçə harayı – Vətənə sarı” layihəsi davam edir

2025:07:18 - 14:49
in MƏDƏNİYYƏT
A A

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin “Ustad Ələsgərin Göyçə harayı – Vətənə sarı” adlı layihəsi çərçivəsində növbəti tədbir Saatlı rayonunda təşkil olunub.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə əvvəlcə “Qərbi Azərbaycan həqiqətləri” adlı videoçarx nümayiş olunub.

İctimai Birliyin sədri Xətai Ələsgərli layihənin məqsədi haqqında danışaraq bildirib ki, Qərbi Azərbaycan yaddaşının bərpası, eləcə də ustad sənətkar Dədə Ələsgərin irsinin tanıdılması milli kimliyimizin mühüm dayaqlarındandır. O, həmçinin Dədə Ələsgərin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verərək, onun saz-söz məktəbinin yalnız Göyçə mahalı üçün deyil, ümumilikdə Azərbaycan mədəniyyəti üçün əvəzolunmaz dəyər daşıdığını qeyd edib.

Saatlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Azər Həsənov qeyd edib ki, Saatlıya 1948–1953-cü illərdə Qərbi Azərbaycandan minlərlə soydaşımız köçürülüb və hazırda rayonda 6 minə yaxın Qərbi Azərbaycan köçkünü yaşayır. O, belə layihələrin tarixi yaddaşın qorunmasına və soy-kökümüzə qayıdış baxımından önəmli rol oynadığını vurğulayıb.

Tibb elmləri doktoru, professor İbadulla Ağayev Qərbi Azərbaycan torpaqlarını qarış-qarış gəzdiyini, folklor nümunələri topladığını söyləyib. O, doğma torpaqlarımızda yenidən həyatın bərpa olunacağına və Qərbi Azərbaycanlı soydaşlarımızın öz dədə-baba torpaqlarına qayıdacağına inamını ifadə edib.

Sonra tədbir konsert proqramı ilə davam edib.

Layihə çərçivəsində növbəti tədbirlər Sabirabad, Bərdə və Bakı şəhərində təşkil olunacaq.

Əvvəlki Yazı

Zelenski Makrondan SAMP/T hava hücumundan müdafiə sistemləri üçün raketlər və dronlar üçün pul istəyib

Növbəti Yazı

Azərbaycan Qətərlə iqtisadi əməkdaşlığı genişləndirir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.