Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko Avropa İttifaqı ilə ticarət dövriyyəsinin sıfıra enəcəyini istisna etməyib; 2025-ci ildə yalnız təxminən 40 milyard dollar gözlənilir, ən yaxşı illərdə isə bu, 417 milyard dollar idi.
“Əgər ən yaxşı illərdə Avropa İttifaqı ilə ticarət dövriyyəmiz 2013-cü ildə 417 milyard dollar idisə, keçən il 60 idi, bu il hardasa 40-a yaxın olacaq, onun sıfıra enməsi tamamilə mümkündür”, – o, Altay Dövlət Universitetində (AltDU) tələbə və müəllimlərlə görüşündə deyib. (Tass)