Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Zelenskinin Moskva ilə Kiyev arasında danışıqlar prosesinin intensivləşdirilməsinin zəruriliyi ilə bağlı sözlərini müsbət siqnal adlandırıb.
O, brifinqdə bunun Ukraynanın yeni mərhələyə hazır olduğunu göstərib-göstərmədiyi sualına belə cavab verib.
“Bu, müsbət siqnaldır. Biz tamamilə razıyıq. Həqiqətən də, biz danışıqlar prosesinə dinamikanın əlavə edilməsinin tərəfdarıyıq”, – Peskov bildirib. (Tass)