İsrail Müdafiə Qüvvələri Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat qaçqın düşərgəsində Fələstinin HƏMAS radikal hərəkatının istehsal qərargahının silahların hazırlanması şöbəsinin rəhbəri Bəşər Tabeti öldürüb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Ordunun bildirdiyinə görə, ləğv edilmiş şəxs “Həmasın silah istehsalı qərargahında tədqiqat və inkişafa cavabdeh idi”. Bundan əlavə, o, “Qəzza zolağında terrorçu qrupların arsenalının bərpası və gücləndirilməsi” ilə məşğul olub”, – ordu əlavə edib.