Avqust 11, 2025-18:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Bu gün Xalq artisti Məmmədbağır Bağırzadənin anadan olmasından 75 il ötür

2025:07:21 - 11:48
in MƏDƏNİYYƏT
A A

Məmmədbağır Bağırzadə xanəndə idi, əsl xanəndə. Neçə-neçə ustad sənətkarların qiymətləndirdiyi ustad xanəndə. Muğamlarımızı, xalq və bəstəkar mahnılarını elə şövqlə, elə obrazla ifa edirdi ki, hər dəfə dinləyəndə adama yeni gəlirdi. O, özü həm də gözəl bəstəkar və şair idi. Özünün bəstələdiyi mahnılar da sevilir, dillər əzbəri olurdu. O, Allah-taalanın sevdiyi tək-tük sənətkarlardan idi ki, səhnəyə gəldiyi ilk gündən ömrünün sonuna kimi və ölümdən sonra da populyarlığını itirmədi.

AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti Məmmədbağır Bağırzadənin anadan olmasının 75-ci ildönümü tamam olur.

Onun sənət yolu toy və el şənliklərindən başlayıb. O, adətən öz mahnılarını oxusa da, klassik, müasir bəstəkar və şairlərin yaradıcılığına müntəzəm müraciət edib. Məmmədbağır Bağırzadəni televiziyaya gətirən və onun yaradıcılığında xüsusi rol oynayan bəstəkar Ələkbər Tağıyev olub. Müğənninin repertuarına Oqtay Kazımovun, Nəriman Məmmədovun, Tahir Əkbərin və digərlərinin mahnıları da daxil idi.

Sözləri və musiqisi Məmmədbağır Bağırzadəyə aid olan “Səməni, nazlı gəlin”, “Hülya”, musiqisi Ələkbər Tağıyev, sözləri Hafiz Baxışa aid olan “Azərbaycan oğluyam” və digər nəğmələr bu gün də başqa ifaçılar tərəfindən səslənməkdədir.

İstər ifa etdiyi muğam, təsnif və mahnılar, istərsə də özünün bəstələdiyi əsərlərlə milyonların sevimlisinə çevrilən Xalq artisti Məmmədbağır Bağırzadənin Azərbaycan musiqi sənətində özünəməxsus yeri var. Hansı janrda ifa etməyindən asılı olmayaraq onun özünəməxsus ifa üslubu və ürəyəyatan səsi həmişə tamaşaçı zövqünü oxşayır. Cəmi 55 il ömür sürməyinə baxmayaraq parlaq istedadı və bənzərsiz ifa tərzi ilə seçilən istedadlı sənətkarın yazdığı və oxuduğu musiqilər zamana sığmır…

 

 

 

 

Əvvəlki Yazı

Azərbaycan Universiteti “QS Stars” auditində 4 ulduzla qiymətləndirilib

Növbəti Yazı

Beyləqanda narkotik vasitə və spirtli içkinin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü həbs edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.