Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə keçid dövrü üçün Suriya prezidenti Əhməd əl-Şaraa dəstəyini davam etdirəcək.
“Biz qərarlıyıq, Əhməd əl-Şərəanı Suriyada tək qoymayacağıq. Suriyanın parçalanmasını istəmirik, Suriyanın bərpasını ölkəmiz üçün müsbət amil kimi görürük. Çünki Suriyanın bərpası onun bizimlə münasibətlərinə də müsbət təsir edəcək”, – Ərdoğan bildirib.
Onun sözlərinə görə, Türkiyə suriyalı qaçqınların öz vətənlərinə qayıtmasına şərait yaratmağa davam edəcək. “Bizimlə birlikdə olan suriyalıların könüllü qayıtmasına başlandığını görürük. Qaçqınların könüllü qayıtması prosesini sürətləndirmək üçün hər cür dəstəyi verəcəyik”, – deyə Türkiyə prezidenti qeyd edib və suriyalı qaçqınların vətənlərinə qayıtmasının qonşu ölkədə sabitliyin yaranmasına töhfə verəcəyi qənaətində olduğunu bildirib. “Qayıdış prosesini sürətləndirməklə biz Suriyadakı vəziyyətin tez bir zamanda normallaşmasını və Cənubumuzun təhlükəsizliyini təmin etməyi istəyirik”, – Ərdoğan əlavə edib. (Tass)