Teleqraf xəbər verir ki, bu barədə bu il iyulun 18-də keçirilmiş məhkəmə baxışı materiallarından məlum olur.
Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) antiterror tədbirləri nəticəsində 2022-ci ilin sentyabr ayından xarici xüsusi xidmət orqanları ilə “Abu Malik” təxəllüsü ilə əməkdaşlıq edən həmin şəxsin Azərbaycan vətəndaşı Əliyev Məhəmməd Şirin oğlu olduğu məlum olub.
Bu əməlləri xarici ölkə ərazisində törədən Məhəmməd Əliyev DTX-nin əməliyyat-istintaq tədbirləri ilə ələ keçirilərək Azərbaycanda məhkəmə qarşısına çıxarılıb.
Məlum olub ki, öz ətrafında radikal dini təriqətə meyilli şəxslərdən ibarət terror-təxribat qruplaşması formalaşdırmağa çalışan və bunun üçün vətəndaşlarımızı tələyə salan Məhəmməd Əliyev özü əməliyyatçılarımızın qurduğu tələyə düşüb.
Hazırda DTX-də davam edən cinayət işi üzrə Məhəmməd Əliyevə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülərək, barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.