Avqust 12, 2025-0:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Report”un əməkdaşı ASA-nın keçirdiyi yazı müsabiqəsinin qalibi olub

2025:07:21 - 15:49
in SOSİAL
A A

“Report” İnformasiya Agentliyinin baş redaktor müavini, iqtisadiyyat şöbəsinin müdiri İlahə Məmmədli Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) tərəfindən Milli Mətbuatın 150 illiyi münasibətilə jurnalistlər arasında təşkil olunmuş yazı müsabiqəsinin qaliblərindən biri olub.

“Report” xəbər verir ki, bu gün ASA müsabiqənin nəticələrini açıqlayıb.

Assosiasiyanın İcraçı direktoru Elmar Mirsalayev jurnalistləri həm Milli Mətbuatın 150 illiyi, həm də yazı müsabiqəsində əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. İcraçı ditektor öz çıxışında sığorta maarifləndirməsi və təbliğatı işində medianın əvəzsiz rolu və əhəmiyyətinə toxunaraq bunu yüksək qiymətləndirdiyini vurğuladı və mediaya bu dəstəyə görə səmimi təşəkkürlərini bildirib.

“Kredit götürənlərin həyat riskləri sığorta təminatında” mövzusunda təşkil olunmuş yazı müsabiqəsinin mükafatlandırma mərasimində I, II və III yerlər üzrə qaliblərə xüsusi plaket və pul mükafatları, növbəti dörd yerin sahiblərinə sertifikat və pul mükafatları, digər üç yerin sahiblərinə isə qiymətli hədiyyələr təqdim olunub.

Yazı müsabiqəsində 1-ci yerə APA İnformasiya Agentliyinin iqtisadiyyat müxbiri Rahim Tarıverdiyev, 2-ci yerə “Report” İnformasiya Agentliyinin baş redaktor müavini İlahə Məmmədli, 3-cü yerə isə “Ena.az” xəbər portalının baş redaktoru İlhamə Abdullayeva layiq görülüb.

“İki sahil” qəzetinin iqtisadiyyat müxbiri Yaqut Ağaşahqızına, “Minval.az” xəbər saytının müxbiri Zarina Orucəliyevaya, ATV televiziya kanalının baş redaktoru Vəfa Şəhlayiyə və “Banco.az” xəbər portalının redaktoru Mehin Qasımovaya sertifikat və pul mükafatı, “Kommersant.az” maliyyə portalının direktoru Nərmin Qəniyə, “Qafqazinfo.az” xəbər agentliyinin müxbiri Zülfiyyə Quluyevaya və “Valyuta.az” xəbər portalının əməkdaşı Sərvanə Rəmixanovaya qiymətli hədiyyələr təqdim olundu.

İlahə Məmmədlinin ” Zirehli kredit: Həyat sığortası gələcəyi necə qoruyur?” adlı məqaləsi iki dildə dərc edilib.

Qeyd edək ki, bu yazı müsabiqəsi Azərbaycanın Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində təşkil olunub.

 

Əvvəlki Yazı

Məcnun Məmmədov Qəbələdə vətəndaşları qəbul edəcək

Növbəti Yazı

Kamran Əliyev: Türkiyəyə səfərimizin məqsədi hüquqi sahədə əməkdaşlığı genişləndirməkdir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.