Avqust 12, 2025-0:34
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Ceyhun Bayramovun Gürcüstana səfər proqramı açıqlandı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sabah Gürcüstana rəsmi səfər edəcək.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

XİN başçısı səfər çərçivəsində gürcü həmkarı Maka Boçorişvili, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze və parlament sədri Şalva Papuaşvili ilə görüşlər keçirəcək.

C. Bayramov, həmçinin Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olan qəhrəmanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyacaq, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin büstünü də ziyarət edəcək.

Nazirliyin məlumatında qeyd olunub ki, bu gün Tbilisidə Gürcüstan və Azərbaycan XİN-ləri arasında nazir müavinləri səviyyəsində siyasi məsləhətləşmələrin növbəti raundu keçirilir.