Aİ liderlərinin Volodimir Zelenski ilə mütəmadi görüşləri və onların Rusiya prezidenti Vladimir Putinlə dialoqdan imtina etməsi Avropanın xarici siyasətinin səmərəsizliyindən xəbər verir. Bu fikri Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin direktoru, professor Cefri Saks Fudan Universitetinin təşkil etdiyi “Mütəfəkkirlərin dialoqu” adlı akademik diskussiya zamanı deyib.
“Hesab edirəm ki, Avropada vəziyyət olduqca təəccüblüdür. Hazırda Avropada effektiv diplomatiya yoxdur, onlar hər gün prezident Zelenski ilə görüşürlər, lakin bu, diplomatiya deyil, uğursuzluqdur”, – Saks deyib. “Avropa ilə Rusiya arasında təhlükəsizlik razılaşmasının əldə olunması üçün heç bir danışıqlar aparılmır”.
“Mən bu ölkələri çox yaxşı tanıyıram, onların hökumətlərini tanıyıram”, – professor deyib. “Şəxsi olaraq mənə açıq şəkildə söylədiklərinin əksinə olan şeylər danışırlar, ona görə də bütün bu vəziyyəti çox narahatedici və Avropa üçün uğursuzluq hesab edirəm.”
Saks qeyd edib ki, Avropa İttifaqı real birləşməyə nail olmayıb, “bu, çox zəifdir”. Onun sözlərinə görə, Brüssel Aİ-nin ayrı-ayrı ölkələrinə öz xarici siyasətini aparmağa imkan vermir və birlik daxilində dövlətlərin baxışları kifayət qədər fərqlidir. Aİ hələ də hər birinin öz prioritetləri olan 27 ayrı ölkədən ibarətdir. “Və buna görə də Avropa böyük güc deyil, çünki o, öz daxilində çox zəif və parçalanmışdır”, – professor əlavə edib. (Tass)