Avqust 13, 2025-18:44
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan və Keniya energetika sahəsində sənəd imzalayıb

2025:07:22 - 15:00
in İQTİSADİYYAT
A A
Energetika naziri Pərviz Şahbazovun Keniyanın enerji və neft naziri James Opiyo Vandayi ilə onlayn formatda görüşü keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Qlobal Cənub ölkələri ilə inkişaf edən münasibətlər və Qoşulmama Hərəkatı platforması çərçivəsində Azərbaycan-Keniya əlaqələrinin dinamik xarakter aldığı qeyd edilib. Enerji sahəsində ikitərəfli əməkdaşlıq üçün geniş potensialın olduğu vurğulanıb. Bu kontekstdə Azərbaycanın neft-qaz sənayesində zəngin təcrübəsi, enerji təhlükəsizliyinin təminində rolu, bərpa olunan enerjinin istehsalı və ixracını əhatə edən irimiqyaslı layihələri, həmçinin Afrika ölkələrinə qədər genişlənən əməkdaşlıq coğrafiyasından bəhs edilib. Azərbaycanla Keniyanın neft-qaz, mayeləşdirilmiş təbii qaz (LNG), enerji şəbəkəsinin gücləndirilməsi, geotermal və bərpa olunan enerji sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Keniya Respublikasının Enerji və Neft Nazirliyi arasında energetika sektorunda əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bildirilib ki, Anlaşma Memorandumu iki ölkənin enerji sektorundakı qarşılıqlı maraq və potensial imkanlarına əsaslanaraq, geniş və çoxşaxəli əməkdaşlıq üçün strateji yol xəritəsini müəyyən edir. Sənəd neft və qaz, o cümlədən LNG, elektrik enerjisi və bərpa olunan enerji sahələrini, həmçinin birgə investisiyaların təşviqi, enerji şəbəkələrinin təkmilləşdirilməsi və enerji təhlükəsizliyinin təmin olunması üzrə əməkdaşlığı əhatə edir. Memoranduma əsasən potensial istiqamətlər üzrə Azərbaycanın Energetika Nazirliyi ilə Keniyanın Enerji və Neft Nazirliyi, həmçinin SOCAR və Keniyanın neft-qaz şirkətləri əməkdaşlıq edəcəklər. Memorandumdan irəli gələn məsələlərin icrası ilə bağlı Birgə İşçi Qrupun yaradılması nəzərdə tutulur.

Əvvəlki Yazı

III Şuşa Qlobal Media Forumu Azərbaycanın dünyadakı proseslərə yanaşması, gələcək planların tədqimatı idi – RƏY

Növbəti Yazı

Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin müzakirə etdiyi məsələlər açıqlanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.