“Report” xəbər verir ki, sənədlə Azərbaycanda akvakultura təsərrüfatlarına məxsus torpaqların kateqoriyası ilə bağlı normalar dəqiqləşdirilib.
Xatırladaq ki, ölkə Prezidentinin 28 sentyabr 2024-cü il tarixli fərmanı ilə “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları” təsdiq edilib və həmin Qaydaların 1.9-cu bəndində akvakultura təsərrüfatlarının istifadəsində olan torpaqların kateqoriyasının dəyişdirilməsinin tələb olunmaması müəyyən edilib.
Akvakultura anlayışı balıq və digər su bioresurslarının, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin bərpası və əmtəə məhsulu əldə edilməsi məqsədi ilə balıqçılıq su obyektlərində artırılması, yetişdirilməsi, saxlanması və rekreasiya üzrə fəaliyyəti ehtiva edir.