ABŞ yenidən təşkilatdan çıxmaq qərarına gəldikdən sonra Fransa YUNESKO-ya dəstəyi davam etdirmək niyyətindədir. Bunu Fransa prezidenti Emmanuel Makron deyib.
“Elmin, okeanın, təhsilin, mədəniyyətin və dünya irsinin ümumbəşəri müdafiəçisi olan YUNESKO-ya davamlı dəstəyimiz ABŞ-ın təşkilatdan çıxması ilə zəifləməyəcək və bu, bu mübarizəyə rəhbərlik edənlərə olan öhdəliyimizi zəiflətməyəcək” deyə X-də yazıb.
İyulun 22-də Ağ Ev ABŞ prezidenti Donald Trampın ABŞ-ı YUNESKO-dan çıxmaq qərarına gəldiyini açıqlayıb. Vaşinqton bu qərarı onunla əsaslandırıb ki, guya təşkilat Amerikanın maraqlarına uyğun gəlməyən təşəbbüsləri dəstəkləyir.
Bu, ABŞ-ın YUNESKO-dan ilk çıxışı deyil: 1984-cü ildə Ronald Reyqan administrasiyası təşkilatı tərk etdi. O zaman göstərilən səbəblər YUNESKO-nun “həddindən artıq siyasiləşdirilməsi” və büdcəsinin “ağılsız xərclənməsi” idi. Birləşmiş Ştatlar 2003-cü ildə YUNESKO-ya qayıtdı. 2018-ci ildə Tramp ilk səlahiyyət müddətində “ABŞ-ın UNESCO-ya artan borcundan narahatlığı, orada əsaslı islahatların aparılması zərurəti və davamlı anti-İsrail qərəzliyi” səbəbindən təşkilatı yenidən tərk etdi. ABŞ 2023-cü ildə təşkilata qayıdıb. (Tass)