Ali Radanın deputatı Anna Skoroxod Ukrayna və Rusiya arasında gözlənilən danışıqlar fonunda bildirib ki, Ukrayna tərəfində diplomatiya ilə qeyri-peşəkarlar məşğul olur.
“Təəssüf ki, diplomatiya diplomatlar tərəfindən aparılmır, lakin peşəkarlıq istənilən təşkilatın, istənilən danışıqların uğurunun açarıdır. Nədənsə, dost, yoldaş, ovçu, xaç atası peşəkarlıqdan daha yaxın və yaxşıdır”, – o, Ukraynanın “Politeka Online” YouTube kanalına müsahibəsində deyib.
Siyasətçi həmçinin Ukrayna danışıqlar qrupunun “Ukrayna xalqı adından danışmaq” üçün lazımi mandata sahib olmadığı fikrini də ifadə edib. “De-fakto, onların mandatı yoxdur, lakin bu, konkret sülh müqaviləsi üçün təkliflərlə gələ biləcək danışıqlar qrupudur” deyib.
Skoroxod əlavə edib ki, Kiyev danışıqları yalnız ona görə istəyir ki, Ukrayna sülh yolu ilə nizamlanmanın əleyhinə olan tərəf kimi görünməsin. “Biz başa düşməliyik ki, tərəfimiz danışıqlardan danışır və danışıqların aparılmasını xahiş edir ki, gələcəkdə bizi danışıqlar prosesini istəməməkdə, sülh prosesinin əleyhinə olmaqda ittiham etməyək”. (Tass)