İran rəhbərliyi Yaxın Şərq ölkələri ilə birgə kollektiv təhlükəsizlik konsepsiyasının yaradılması üzərində işləməyə hazırdır. Bunu İslam Respublikasının prezidenti Məsud Pezeşkian deyib.
“Biz ərəb qonşularımız və regionun digər ölkələri ilə birlikdə kollektiv təhlükəsizlik konsepsiyasını hazırlamağa tam hazırıq” o , Əl-Cəzirə ilə müsahibədə deyib.
“Region ölkələri heç vaxt bu müharibə zamanı olduğu kimi İranı dəstəkləməkdə belə mövqe tutmayıblar”, – Pezeşkian əlavə edib.