Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 24-də ikigünlük işgüzar səfərlə Rusiyaya gedəcək və burada ətraf mühitin mühafizəsi üzrə konfransda da iştirak edəcək, Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti xəbər verir.
“Baş nazir Nikol Paşinyan iyulun 24-də Rusiya Federasiyasına ikigünlük işgüzar səfərə gedəcək. Baş nazir Rusiya Federasiyasının Altay Respublikasında keçiriləcək Təbiət və ətraf mühitin mühafizəsi üzrə Beynəlxalq Konfransda iştirak edəcək”, – press-relizdə deyilir. (Tass)