Birbaşa Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun asan olacağı gözlənilmir, bu, “çox çətin söhbət” olacaq. Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu barədə hələ danışmaq mümkün deyil biz danışıqların necə getdiyini görməliyik. Təbii ki, heç kim belə “asan yol” gözləmir. Təbii ki, bu, çox çətin söhbət olacaq. Memorandumların layihələri diametrik şəkildə əksdir”, – Kreml nümayəndəsi bildirib. (Tass)