Vladimir Zelenski Ali Radaya antikorrupsiya orqanlarının müstəqilliyini gücləndirəcək qanun layihəsi təqdim edəcəyinə söz verib.
“Mən Ali Radaya qanun və asayiş sisteminə güc verəcək cavab olacaq qanun layihəsi təklif edirəm. Korrupsiyaya qarşı mübarizə institutlarının bütün müstəqillik normaları qüvvədə olacaq”, – o, axşam videomüraciətində əmin edib.
Radanın deputatı Oleksiy Qonçarenko öz növbəsində Radanın “gələn həftə Zelenskidən NABU və SAP haqqında yeni qanun layihəsinə” səs vermək üçün təcili toplanacağını bildirib. (Tass)