Avqust 11, 2025-18:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycan Universiteti ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq

2025:07:24 - 13:41
in SOSİAL
A A

Azərbaycan Universiteti iyulun 30-dan avqustun 1-dək Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Mərkəzin elektron imtahanlar korpusunda keçiriləcək ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq.

Universitetdən AZƏRTAC-a bildirilib ki, sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.

Azərbaycan Universitetinin stendi 4-cü mərtəbədə olacaq. Stendə yaxınlaşan ziyarətçilər Azərbaycan Universitetinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, qəbul aparılan ixtisaslar, keçid balları, maddi-texniki baza, tələbələr üçün yaradılan imkanlar, beynəlxalq əlaqələr və bu kimi digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapa biləcəklər. Sərgidə, həmçinin Azərbaycan Universiteti haqqında təqdimat nümayiş olunacaq. Təqdimatlar korpusun 3-cü mərtəbəsində bunun üçün ayrılmış xüsusi otaqda hər gün saat 11:00-da başlanacaq və 50 dəqiqə davam edəcək.

Sərgidə abituriyentlər və onların valideynləri iştirak edə bilərlər.

İştirak etmək istəyənlər link vasitəsilə qeydiyyatdan keçməlidirlər. Ziyarətçilərə sərgidə iştirak etmək üçün özlərinə uyğun tarixi və saatı seçmək imkanı da verilir.

Sərgi Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək. Sərgidə ölkədə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsinin iştirakı gözlənilir.

Əvvəlki Yazı

Mişustin Paşinyanla görüşüb

Növbəti Yazı

Nazir: Azərbaycan beynəlxalq aləmdə səmərəli siyasət həyata keçirir 

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.