Birləşmiş Ştatlar Kamboca və Tailand arasında gərginliyin artmasından narahatdır və hərbi əməliyyatları dərhal dayandırmağa və münaqişənin sülh yolu ilə həllinə çağırır. Bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Tommi Piqott deyib.
“Biz həmçinin Tayland-Kamboca sərhədində zorakılığın artmasından ciddi şəkildə narahatıq və mülki əhalinin zərər çəkməsi ilə bağlı xəbərlərə görə dərindən kədərlənirik” dedi. “Birləşmiş Ştatlar hərbi əməliyyatları dərhal dayandırmağa, mülki əhalinin müdafiəsinə və münaqişənin sülh yolu ilə həllinə çağırır”, – Piqott bildirib.
Toqquşmalar iyulun 24-də səhər saatlarında Kamboca-Tayland sərhədində, Oddar Myeonq əyalətindəki mübahisəli sərhəd bölgəsi yaxınlığında baş verib. Tailand ordusu Kambocanın mövqelərinə zərbələr endirmək üçün döyüş təyyarələrindən istifadə etdiyini bildirib. Kamboca Müdafiə Nazirliyi ordunun silahlı müdaxiləyə cavab olaraq özünümüdafiə üçün hərəkət etdiyini bildirib.
Reuters agentliyi Tailandın səhiyyə naziri Somsak Thepsuthinə istinadən xəbər verir ki, azı 11 mülki şəxs və bir əsgər həlak olub. Rusiyanın Tailanddakı səfirliyi rusiyalı turistlərə Kamboca ilə həmsərhəd ərazilərə səfər etməkdən çəkinməyi tövsiyə edib.