Avqust 12, 2025-3:30
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

“Daşkəsən” dəmir filizi yataqları üzrə 1,2 milyard dollarlıq meqa-layihə reallaşdırılır

Yaxın 19 ildə dəmir filizi yataqlarının ümumi daxili məhsula (ÜDM) 13,2 milyard ABŞ dolları həcmində töhfə verməsi proqnozlaşdırılır.

“AzərGold” QSC-dən Teleqraf-a verilən məlumata görə regionun ən nəhəng dəmir filizi yataqları kompleksi olan “Daşkəsən” dəmir filizi sahəsi “Daşkəsən Dəmir Filiz” MMC-nin böyük investisiya tələb edən irimiqyaslı layihəsidir:

“Layihənin investisiya dəyəri ~1,2 milyard ABŞ dollar dəyərində proqnozlaşdırılır. Qarşıdakı illərdə “Daşkəsən” dəmir filizi yataqlarının effektiv istismarı yerli polad istehsalçılarının yüksək keyfiyyətli yerli xammalla təmin olunması, metallurgiya sənayesinin idxaldan asılılığının azaldılması məqsədi daşıyır. Meqa-layihə ölkənin makro-iqtisadi göstəricilərinə müsbət təsirlər vəd edir. Layihənin aktiv fazaya keçməsi ilə Gəncə-Daşkəsən iqtisadi rayonunun ölkəmizin ümumi iqtisadi göstəricilərdə payı əhəmiyyətli dərəcədə artacaq”.