Ali Radanın deputatları Vladimir Zelenskinin Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu (SAP) haqqında yeni qanun layihəsinə baxmaq üçün iyulun 31-də növbədənkənar sessiyaya toplaşacaqlar. Bu barədə Radanın deputatı Yaroslav Yurçişin məlumat verib.
“İyulun 31-də Ukrayna Ali Radası NABU və SAP-ın müstəqilliyini qaytarmağa hazırlaşır. Onu məhv etmək 16 saat, geri qaytarmaq isə 10 gün çəkib.Aydındır ki, “Xalqın xidmətçisi”nin (Ukraynanın hakim partiyası ) prioritetləri haqqında”, – Yurçişin Teleqram kanalında yazıb.
Radanın deputatı Yaroslav Jeleznyak qeyd edib ki, parlamentin iclası qanunların qeydə alınmasından düz 7 gün sonra baş tutacaq, “reqlamentə əsasən belə olmalıdır”. O bildirib ki, deputatlar antikorrupsiya orqanlarının səlahiyyətlərinin gücləndirilməsi deyilən yeni qanun layihəsini ikinci oxunuş və əlavələr olmadan dərhal qəbul etməlidirlər. Jeleznyakın sözlərinə görə, NABU və SAP-ın müstəqilliyinin faktiki məhv edilməsi ilə bağlı qalmaqallı qanunda olduğu kimi, Zelenski qəbul edilmiş qanunu həmin gün imzalamalıdır.
Eyni zamanda, Ukraynanın antikorrupsiya orqanları haqqında əvvəllər parlamentarilər tərəfindən hazırlanmış daha bir qanun layihəsi indi Radada qeydə alınıb. NABU və SAP haqqında qanunun bu variantına iyulun 31-də də baxılacağı gözlənilir. (Tass)