Dövlət katibi Marko Rubio Kamboca baş nazirinin müavini və xarici işlər naziri Prak Sokhon və onun Tailandlı həmkarı Marit Sanqyamponqla telefon danışıqlarında tərəfləri gərginliyi azaltmağa və dərhal atəşi dayandırmağa çağırıb.
Dövlət Departamentinin bəyanatında deyilir: “Katib Rubio Prezident [Donald] Trampın sülhə sadiqliyini və dərhal atəşkəsin vacibliyini bir daha təsdiq etdi. Birləşmiş Ştatlar Tailand və Kamboca arasında sülh və sabitliyi təmin etmək üçün gələcək danışıqları asanlaşdırmağa hazırdır”.
Tramp bir gün əvvəl Kambocanın baş naziri Hun Manet və Tailandın baş naziri vəzifəsini icra edən Phumtham Vechayachai ilə telefonla danışıb və hər iki tərəfin atəşkəslə bağlı danışıqlara hazır olduğunu bildirib.