Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib ki, Türkiyə Ukraynadakı vəziyyəti həll etmək üçün danışıqlar prosesində bütün tərəflər üçün arzuolunan platformadır.
“Türkiyə, şübhəsiz ki, danışıqlar prosesinin bütün iştirakçıları tərəfindən bəyənilir və biz (Rusiya ) Ankaraya və Türkiyə rəhbərliyinə Ukrayna ətrafındakı vəziyyəti həll etmək yollarının tapılmasına kömək etmək səylərinə, Türkiyə rəhbərliyinin danışıqların aparılması üçün təmin etdiyi şərtlərə görə minnətdarıq və əlbəttə ki, bizim buna münasibətimiz Kremldə qalmayıb”. (Tass)