Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı Rusiya lideri Vladimir Putinin cədvəlində yoxdur. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib ki, lazım gələrsə, bir neçə saat ərzində təşkil edilə bilər.
“Prezident Ərdoğanla hələ ki, cədvəl üzrə heç bir söhbət yoxdur”, – Kremlin sözçüsü bildirib. “Ancaq türk dostlarımızla bir neçə saat ərzində ən yüksək səviyyədə danışıqları koordinasiya etmək imkanımız var”.
Peskov qeyd edib ki, “Söhbət buna gələn kimi tez bir zamanda baş tuta bilər”. (Tass)