BMT Kamboca və Tailand arasında qeyd-şərtsiz atəşkəs haqqında əldə olunan razılaşmanı alqışlayır və bu inkişafı müsbət addım kimi qiymətləndirir. Bunu brifinqdə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.
“Biz, şübhəsiz ki, Kamboca və Tailand arasında atəşkəs razılaşmasını alqışlayır və bunu döyüşlərin dayandırılması və gərginliyin azaldılması istiqamətində müsbət addım kimi görürük”, – deyə o bildirib.
Hak əlavə edib ki, BMT tərəflərin əldə olunan razılaşmalara tam əməl etməsini və iki ölkə arasındakı fikir ayrılıqlarını aradan qaldırmasını istəyir.