Avstraliya hökuməti YouTube videohostinq xidmətini 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrə girişini qadağan edən qanuna tabe olan platformalar sırasına daxil etmək qərarına gəlib.Bunu Avstraliyanın baş naziri Entoni Albanese bildirib.
“Əhəmiyyətlisi, [Avstraliya hökumətinin] onlayn təhlükəsizlik komissarının tövsiyələrinə uyğun olaraq, 16 yaşdan kiçik insanlar YouTube platformasında hesab yarada bilməyəcəklər” deyib o, Avstraliya mediası tərəfindən yayımlanan mətbuat konfransında.
Siyasətçi təsdiqləyib ki, bu qadağa Facebook və Instagram Snapchat, TikTok və X sosial şəbəkələrinə də şamil olunacaq. Onun sözlərinə görə, onlayn oyunlar, messencerlər və təhsil platformaları məhdudiyyətlərə məruz qalmayacaq.
Albanese BMT Baş Assambleyasının sentyabrda keçiriləcək 80-ci sessiyası çərçivəsində digər dünya liderləri ilə sosial medianın yeniyetmələrin psixi sağlamlığına təsirini müzakirə edəcəyini söyləyib. (Tass)