Avqust 11, 2025-11:26
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Mərkəzi Gömrük Hospitalında “Novartis” farma şirkətinin nümayəndələri ilə görüş keçirilib

2025:07:31 - 12:12
in SOSİAL
A A
Mərkəzi Gömrük Hospitalında “Novartis” farma şirkətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Azərbaycanın səhiyyə sahəsində beynəlxalq tərəfdaşlıq imkanlarının genişləndirilməsi, innovativ müalicə metodlarının tətbiqi, tibbi təhsil və təcrübə mübadiləsinə dair birgə layihələrin həyata keçirilməsi ilə bağlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov beynəlxalq səviyyədə tanınan və innovasiyalara əsaslanan “Novartis” farma şirkəti ilə əməkdaşlığın əhəmiyyətindən, gələcəkdə bu əməkdaşlığı genişlənəcəyindən, birgə layihələrin xəstələrin məmnunluğuna və səhiyyə sisteminin inkişafına töhfə verəcəyinə bəslənilən inamdan bəhs edib. Qeyd olunub ki, Mərkəzi Gömrük Hospitalının tibbi potensialı, yüksək ixtisaslı mütəxəssis heyəti və qabaqcıl texniki imkanları beynəlxalq əməkdaşlıq layihələri üçün əlverişli zəmin yaradır.

“Novartis” farma şirkətinin Qazaxıstan nümayəndəliyinin brend menecerləri Daulet Suleymenov və Vlada Emelyanova çıxış edərək şirkətin qlobal miqyasda innovativ tibb sahəsində əldə etdiyi uğurlar, müasir müalicə protokollarının hazırlanması, nadir və xroniki xəstəliklərin müalicəsində qabaqcıl yanaşmalar haqqında ətraflı məlumat veriblər. Onlar bu əməkdaşlığın yalnız müalicə sahəsində deyil, klinik tədqiqatlar və tibbi təcrübə mübadiləsi kimi vacib istiqamətləri də əhatə edəcəyini bildiriblər.

Şirkətin layihə meneceri Xumar Bağırova “Azərbaycanda Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı ilə gömrük əməkdaşlarına lipid profilinin skrininqi üzrə layihə” mövzusunda təqdimatla çıxış edərək layihənin məqsədləri, əhatə dairəsi və gözlənilən nəticələri haqqında ətraflı məlumat verib.

Görüş zamanı Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi – baş həkim Bəxtiyar Musayev, rəis müavini Nabil Seyidov, kardioloq Günay Hətəmova, damar cərrahı Səbuhi Dadaşov təqdim olunan layihə və gələcək əməkdaşlıq imkanları barədə rəy, təklif və fikirlərini söyləyib, gələcək planlar və perspektiv istiqamətlər üzrə fikir mübadiləsi aparıb və birgə fəaliyyətin möhkəmləndirilməsi məqsədilə atılacaq konkret addımları müzakirə ediblər.Azərtac.

Əvvəlki Yazı

AMB aktivlərin təsnifləşdirilməsinə və mümkün zərərlərin ödənilməsinə dair qaydanı dəyişib

Növbəti Yazı

Azərbaycan nümayəndə heyəti Sinqapurun səhiyyə sistemi ilə tanış olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.