Rusiya ilə Suriya arasında əməkdaşlıq “keçmiş üzərində qurulmayacaq”; qanunlara hörmət ölkələrin münasibətlərinin əsasını təşkil edəcək. Bunu Suriyanın xarici işlər naziri Əsəd Əl-Şeybani Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
“Biz Rusiyanın beynəlxalq hüquq, xalqımızın maraqları baxımından Suriya iqtisadiyyatının bərpasında necə iştirak edə biləcəyini müzakirə etdik. Bizim əməkdaşlığımız keçmişə əsaslanmayacaq, [o] qanunlara hörmət və məsuliyyətin bölüşdürülməsi üzərində qurulacaq. Biz rusiyalı tərəfdaşlarımıza vurğulayırıq ki, dövlətimizin qurulması üzərində işləməyə davam edəcəyik”, – əl-Şeybani qeyd edib.
O, həmçinin vurğulayıb ki, “Suriya bu gün beynəlxalq arenada ənənəvi yerini bərpa edir və suveren tərəfdaşlıqlar qurur”. (Tass)