Baltik dənizi NATO ölkələrinin hərəkətləri ilə sakit ərazidən hərbi və siyasi qeyri-sabitlik bölgəsinə çevrilir. Bunu Rusiya prezidentinin köməkçisi və Hərbi Dəniz Qüvvələri Kollegiyasının rəhbəri Nikolay Patruşev Hərbi Dəniz Qüvvələrinin Strateji İnkişaf Şurasının iclasında deyib.
“NATO ölkələrinin səyləri nəticəsində Baltik dənizi regionu bir vaxtlar sakit ərazidən gərgin hərbi və siyasi qeyri-sabitlik bölgəsinə çevrilir”, – Patruşev vurğulayıb.
“Şimal axını”nın bombalanması onu göstərir ki, Qərb hətta terror aktları da həyata keçirməyə hazırdır”, – o əlavə edib.(Tass)