Astara stansiyasından 16 km şimal-qərbdə Lerik rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə “Report”a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yerli vaxtla 14:03-də baş verən zəlzələnin maqnitudası 3.5, dərinliyi isə 33 km olub. Zəlzələ hiss olunmayıb.