Gömrük Komitəsindən Teleqraf-a verilən məlumata görə “Cənub-Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” yükü aparan nəqliyyat vasitəsinə rentgen qurğusu vasitəsilə baxış keçirilib. Monitorda şübhəli təsvirlər müşahidə olunduğundan yük əsaslı yoxlamaya cəlb edilib.
Kinoloji xidmət itinin reaksiyası nəticəsində aparılan yoxlamada kahı formasında gizlədilmiş, ümumi təqribi çəkisi 152 kq 295 qram olan 478 ədəd marixuana bağlaması aşkar edilib.