Avqust 11, 2025-18:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Bu gün Naxçıvanın tanınmış maarifçi-messenantı Mirzə Məhəmməd Zamanbəylinin doğum günüdür

2025:08:01 - 16:42
in SOSİAL
A A

Bu gün Naxçıvanda orta təhsilin yaranması və inkişafında xidmətləri olan Mirzə Məhəmməd Zamanbəylinin doğum günüdür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anadan olmasından 165 il ötən Mirzə Məhəmməd Zamanbəyli bu gün də naxçıvanlılar tərəfindən böyük hörmət və sevgi ilə xatırlanır.

O, 1860-cı il avqustun 1-də Şahbuz rayonunun Şahbuzkəndində anadan olub. Qori Müəllimlər Seminariyasının ilk azərbaycanlı məzunlarından biri kimi təhsil alan Zamanbəyli maarifçi-messenant və xeyriyyəçi kimi tanınıb. O, öz vəsaiti hesabına Şahbuzda yeni məktəb binası inşa etdirib, təhsilin inkişafı üçün “Xeyriyyə” cəmiyyətini yaradıb və əldə olunan gəlirləri kasıb, kimsəsiz uşaqların təhsilinə sərf edib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarif sahəsində fəal rol oynayan Mirzə Məhəmməd Zamanbəyli Maarif Şurasının üzvü olub, təhsil islahatlarının həyata keçirilməsinə çalışıb və Bakı Dövlət Universitetinin yaradılmasında iştirak edib. Onun fəaliyyəti təkcə müəllimliklə məhdudlaşmayıb – o, maarifçilik ideyalarının yayılması, milli təhsil sisteminin formalaşması və gənc nəslin savadlanması üçün böyük səylər göstərib.

1920-ci ildən sonra Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə əlaqədar təqiblərə məruz qalıb, amma maarifçilik yolundan dönməyib. 1923-cü ildə vəfat edən Mirzə Məhəmməd Zamanbəyli Azərbaycan təhsil tarixində əvəzsiz xidmətləri ilə xatırlanır.

Əvvəlki Yazı

Bakıda növbəti “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq

Növbəti Yazı

Bu il Şəkidə 171 min tondan çox taxıl istehsal olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.