Avqust 11, 2025-12:42
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

İcra prosesində hərraclar tam rəqəmsallaşıb, borclu şəxslərin hüquqları genişlənib

2025:08:01 - 16:05
in SİYASƏT
A A
Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş qanunvericiliyə son dəyişikliklərə əsasən ölkədə əmlakın satışı mexanizmi tamamilə yenidən formalaşdırılır.

Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, yeni dəyişikliklər əmlakı satışa çıxarılan borcluların hüquqlarının müdafiəsini gücləndirir, əmlakın hərrac yolu ilə satışı prosesini tam rəqəmsallaşdırır, əmlakın satışı prosesində şəffaflığı və rəqabətliliyi təmin edir. Bu da ümumilikdə icra prosesinin effektivliyinin artırılmasını hədəfləyir.
Belə ki, ilk növbədə borclunun özünə əmlakın satılması üçün şərait yaradılır, ona qanunla nəzərdə tutulmuş qaydada əmlakı açıq bazar şəraitində daha yüksək qiymətə satmaq imkanı verilir. Borclu bu hüquqdan istifadə etmədikdə əmlak real bazar dəyərində tələbkara təklif olunur. Tələbkar qəbul etmədikdə isə əmlak hər kəs üçün əlçatan olan elektron hərrac vasitəsilə rəqabətli şəraitdə satılır.
Qeyd edilib ki, hərracların tam rəqəmsal formada aparılması, rəqabətli və şəffaf hərrac mühitinin formalaşdırılması, satış prosesinin sürətləndirilməsi nəticə etibarilə həm tələbkarın, həm də borclunun maraqlarının qorunmasına xidmət edir.
Həmçinin dəyişikliklərə əsasən hərrac prosesinə mərkəzləşdirilmiş nəzarət mexanizmi də formalaşacaq.
Bundan başqa hərracdan əldə olunan əmlakların reyestr qeydiyyatı da rəqəmsallaşır. Artıq alıcı əmlakı hərracdan aldıqdan sonra müvafiq protokol daşınmaz əmlak üzərində yaranmış hüququn qeydə alınması üçün inteqrasiya olunmuş sistem vasitəsilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə göndəriləcək.
Dəyişikliklərə əsasən, borclu satılmış əmlakı təhvil vermədikdə əlavə məhkəmə çəkişməsinə ehtiyac qalmadan əmlakın boşaldılmasına da imkan yaradılır.
Bildirilib ki, yeni mexanizm ümumilikdə ədalətli və effektiv icra mühitinin formalaşdırılmasına və vətəndaş məmnunluğunun artırılmasına yönəlib.

 

Əvvəlki Yazı

“Konstitusiya və Suverenlik İli” Azərbaycanın ideoloji yüksəliş mərhələsidir

Növbəti Yazı

Bakıda növbəti “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.