İsrailin soyqırım blokadası altında olan Qəzzada humanitar yardımların ölkəyə buraxılmaması səbəbindən son 24 saatda daha 6 nəfər aclıqdan ölüb.
Qəzzada Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş sosial media hesabında paylaşım edərək Qəzzada aclıqdan ölənlərlə bağlı məlumat paylaşıb.
Burş, son 24 saatda daha 6 fələstinlinin aclıqdan öldüyünü, Qəzzada aclıqdan ölənlərin sayının 93-ü uşaq olmaqla 175-ə çatdığını qeyd edib.