Avqust 11, 2025-16:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

ADA Universitetinin 2023-2024-cü tədris ili üzrə məzunlarının məşğulluq göstəricisi 90 faizdir

2025:08:04 - 16:30
in SOSİAL
A A

ADA Universitetinin Karyera xidmətləri şöbəsi 2023–2024-cü tədris ili üzrə məzunların məşğulluq göstəricilərini və tələbələr üçün həyata keçirilən karyera dəstəyi proqramlarının nəticələrini açıqlayıb. Statistika göstərir ki, məzunlar əmək bazarına uğurla inteqrasiya olunur və universitet tərəfindən onlara göstərilən sistemli dəstək öz bəhrəsini verir.

Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib. Əldə olunan nəticələrə əsasən, 2023–2024-cü tədris ili üzrə məzunların məşğulluğu 90 faiz təşkil edir.

Bakalavriat səviyyəsində ən yüksək məşğulluq biznesin idarə edilməsi ixtisasının məzunları, magistratura səviyyəsində isə kompüter elmləri və data analitikası ixtisasının məzunları arasında müşahidə olunub.

Məzunlar əsasən dövlət qurumları, təhsil, bank və maliyyə xidmətləri, konsaltinq və audit, eləcə də telekommunikasiya sahələrində çalışırlar.

ADA Universitetinin Karyera xidmətləri şöbəsi tələbələrin peşəkar hazırlığını gücləndirmək üçün il ərzində bir sıra proqramlar həyata keçirir. Belə ki, hər il 500-dən çox tələbə yaz və yay semestrlərində akademik təcrübə proqramında iştirak edirlər. Akademik təcrübə proqramı Azərbaycanda yerləşən aparıcı dövlət və özəl qurumlarında, eləcə də ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərində həyata keçirilir.

Bununla yanaşı, ADA Universitetində hər il 20 tərəfdaş şirkətin iştirakı ilə “Karyera Hazırlığı Həftəsi” həyata keçirilir. Bu təşəbbüs çərçivəsində tələbələrin seçim prosesi ADA Universitetinin Karyera xidmətləri şöbəsi tərəfindən təşkil olunur və tələbələr ilə fərdi müsahibələr əsasında həyata keçirilir. Seçilmiş tələbələr akademik göstəriciləri və müsahibə nəticələrinə əsasən sənaye üzrə mütəxəssislərin keçirdiyi təlim və seminar proqramlarına cəlb olunurlar. Təlimlər maliyyə, bankçılıq, informasiya texnologiyaları, telekommunikasiya, audit, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlərin yüksəkixtisaslı nümayəndələri tərəfindən keçirilir. Sessiyalar əmək bazarının aktual tələbləri, peşəkar bacarıqlar və karyera inkişafı strategiyaları kimi mövzuları əhatə edir. On gün davam edən bu intensiv proqram tələbələrə yalnız bilik və bacarıqlar qazandırmaqla kifayətlənmir, eyni zamanda, onları potensial işəgötürənlərlə əlaqələndirərək həmin şirkətlərdə təcrübə imkanları ilə təmin edir. “Karyera Hazırlığı Həftəsi” ənənəvi karyera yarmarkası ilə başa çatır və tələbələr üçün real iş imkanlarına açılan bir platformaya çevrilir.

Bu təşəbbüslər ADA Universitetinin məzunlarına həm yerli, həm də beynəlxalq səviyyədə rəqabət qabiliyyətli karyera imkanları yaradır.

Əvvəlki Yazı

BDU-da 75 ixtisas üzrə qəbul aparılacaq

Növbəti Yazı

44 günlük müharibə dövründə Ermənistan silahlı qüvvələrinin Mingəçeviri raket atəşinə tutması nəticəsində zərərçəkmiş şəxslər məhkəmədə ifadə veriblər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.