Avqust 11, 2025-19:03
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Prokurorluq orqanlarında qulluq keçmə qaydalarında dəyişiklik edildi

Prezident İlham Əliyev “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib.

Teleqraf xəbər verir ki, dəyişikliyə əsasən, prokurorluqda qulluq keçmənin yaş həddi artırılıb.

Belə ki, prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının son yaş həddi 65 yaş olacaq.

Həmçinin prokurorluq işçisi prokurorluqda qulluqda olmanın son yaş həaddinə çatdıqda prokurorluq işçisinin qulluq keçməsinə xitam veriləcək.

Dəyişikliyə əsasən, prokurorluğa keçirilmə qaydasında işə qəbul edilmiş işçilərə rütbələr onlar müsahibədən keçdikdən sonra veriləcək.