Avqust 11, 2025-16:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Gömrük əməkdaşları üçün təlim keçirilib

2025:08:04 - 18:14
in SOSİAL
A A
Avqustun 4-də Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin əməkdaşları üçün “Təməl Həyata Dəstək” təlimi keçirilib.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım təlim zamanı çıxış edərək maarifləndirici tədbirlərin gömrük əməkdaşlarının fövqəladə hallarda çevik və effektiv müdaxilə bacarıqlarını artırmaq baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, fövqəladə vəziyyətlərdə ilkin tibbi müdaxiləni düzgün və operativ şəkildə həyata keçirə bilən əməkdaşların təkcə özlərinin deyil, vətəndaşların da həyatını xilas etmək gücünə malik olduğunu və bunun peşəkar hazırlığın vacib tərkib hissəsi olduğunu bildirib.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru İsmayıl Əfəndiyev Tibbi Xidmət İdarəsi tərəfindən təşkil olunan təlimlərin məqsədi, əhatə dairəsi və praktik əhəmiyyəti barədə ətraflı məlumat verib və təlimlərin əməkdaşların tibbi savadlılığını artırmaqla yanaşı, xidmət zamanı üləşə biləcəkləri risklərə hazırlıq səviyyəsini də yüksəltdiyini vurğulayıb.

Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsinin təcili yardım həkimi Cavad Cabarov və Dövlət Gömrük Komitəsinin Sanitar Karantin Xidmətinin baş müfəttişi Hüseyn Qasımov “Təməl Həyata Dəstək” mövzularında ürək-ağciyər reanimasiyası, hava yolu keçiriciliyinin təmin olunması, süni tənəffüs və avtomatik xarici defibrilyator (AED) cihazından istifadə qaydaları barədə nəzəri və praktiki bilikləri iştirakçılarla bölüşüblər.

Təlimin praktik hissəsində iştirakçılar real manekenlər üzərində həyati vacib müdaxilə üsullarını tətbiq edərək bacarıqlarını möhkəmləndiriblər.

Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim olunub və təlimlər vasitəsilə əməkdaşların peşəkar hazırlığının daim təkmilləşdiriləcəyi qeyd edilib.

Əvvəlki Yazı

Putin Netanyahu ilə telefon danışığı aparıb

Növbəti Yazı

Şamaxıda Moldovanın üzüm sortlarından ibarət nümayiş bağı salınıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.