Avqust 11, 2025-18:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Şamaxıda Moldovanın üzüm sortlarından ibarət nümayiş bağı salınıb

2025:08:04 - 18:19
in İQTİSADİYYAT
A A

Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Şamaxı Təcrübə Stansiyasında Moldovada seleksiya olunmuş, ekoloji stress amillərinə davamlı üzüm sortlarından ibarət nümayiş bağı salınıb.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, nümayiş bağına həsr olunmuş tədbirdə çıxış edən Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov son illərdə qlobal istiləşmənin təsiri ilə kənd təsərrüfatı bitkilərinin, xüsusilə də üzümçülük sektorunun artan quraqlıq və digər ekoloji risklərlə üz-üzə qaldığını bildirib. Qeyd edilib ki, araşdırmalara əsasən, stress faktorları arasında quraqlığın təsiri 26 faizə qədər yüksəlib. Bu baxımdan, üzüm sortlarının quraqlıq və digər abiotik-biotik risklərə davamlılığı prioritet sahəyə çevrilib.

V.Səlimov əlavə edib ki, institutda bu məqsədlə quraqlığa davamlı üzüm sortlarının seçilməsi və yaradılması, adaptiv sortların introduksiyası və iqlimləşdirilməsi, torpaqda rütubət saxlanması üçün tədbirlərin tətbiqi, suya qənaətedici innovativ texnologiyaların təşviqi, aqrotexniki və torpaqbecərmə üsullarının təkmilləşdirilməsi istiqamətində tədqiqatlar aparılır.

Yeni layihə çərçivəsində Moldovanın 9 üzüm sortundan (“Plavay”, “Viorika”, “Qara Fetyaska”, “Kloriçika”, “Luminiçka”, “Fetyaska Muskatnaya”, “Kopçk”, “Legenda”, “Moldova”) ibarət 90 ədəd calaq ting (CO4 calağı üzərində) dəmyə şəraitində əkilib. Məqsəd bu sortların quraqlığa, xəstəlik və zərərvericilərə, yüksək temperatur və digər amillərə davamlılıq xüsusiyyətlərini qiymətləndirməkdir.

Bildirilib ki, bağda üzüm sortlarının inkişaf dinamikası, məhsuldarlığı və keyfiyyəti, ekoloji plastiklik və adaptiv göstəriciləri araşdırılacaq, nəticələr yerli fermerlərə nümayiş etdiriləcək.

Tədbir iştirakçıları nümayiş bağında aparılan əkinlərlə tanış olaraq, Moldovadan gətirilmiş sortların inkişaf vəziyyəti ilə maraqlanıblar. Bildirilib ki, bu layihə ölkədə kompleks xüsusiyyətlərə malik texniki üzüm sortlarının artırılmasına və seleksiya sahəsində beynəlxalq əməkdaşlığın güclənməsinə töhfə verəcək.

Əvvəlki Yazı

Gömrük əməkdaşları üçün təlim keçirilib

Növbəti Yazı

Milli Məclisin sədri Türkmənistanda Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.