Ruanda və ABŞ Afrika ölkəsinin ABŞ-dan qovulmuş üçüncü ölkə vətəndaşlarını qəbul etməsi ilə bağlı müqavilə imzalayıb. Bu barədə Ruanda hökumətinin rəsmi nümayəndəsi Yolanda Makolo məlumat verib.
Ruandanın “New Times” qəzeti onun sözlərindən sitat gətirib : “Ruanda Birləşmiş Ştatlarla 250-yə qədər miqrantı qəbul etmək barədə razılığa gəlib”. “Onlara həyatlarını bərpa etmək və Ruanda iqtisadiyyatına töhfə vermək üçün peşə təhsili, tibbi xidmət və mənzil yardımı veriləcək.” Makolo əlavə edib ki, Ruandanın deportasiya edilənləri qəbul etməyə razılığı “reinteqrasiya və reabilitasiya prinsiplərinə əsaslanan ictimai dəyərlərimizi əks etdirir”.
Bu il Cənubi Sudan və Esvatini artıq ABŞ-dan deportasiya edilmiş üçüncü ölkə vətəndaşlarını qəbul edib. Cənubi Afrikanın SABC radiostansiyası bildirir ki, Vaşinqton hazırda Anqola, Benin, Liviya və Ekvatorial Qvineya ilə oxşar danışıqlar aparır. ABŞ səlahiyyətliləri ağır cinayətlərə görə cəza çəkən və ya həbsdən yenicə çıxmış əcnəbiləri ölkədən çıxarmağa çalışır. (Tass)