Hindistanın “Press Tust of India” agentliyi xəbər verir ki, Pakistan əsgərləri Hindistanın Cammu və Kəşmir birliyi ərazisindəki Poonç rayonunda Nəzarət Xətti boyunca səbəbsiz atəş açıblar.
“Hindistan ordusu Pakistanın atəşkəsi pozmasına cavab verib, atışma 15 dəqiqə davam edib, itkilər barədə məlumat yoxdur”, – mənbələr agentliyə bildiriblər. (Tass)