İsrail Qəzza zolağında humanitar vəziyyəti yaxşılaşdırmaq üçün səylər göstərir; Son 10 gündə ora 23 min ton yardım çatdırılıb. Bu barədə yəhudi dövlətinin prezidenti İsaak Hersoq məlumat verib.
“İsrail son 10 gündə Qəzzada humanitar vəziyyəti xeyli yaxşılaşdırıb, oraya ən azı 23 min ton yardım çatdırılıb, təkcə son 24 saat ərzində daha 30 ton yardım çatdırılıb”, o, Latviyaya səfəri zamanı mətbuat konfransında bildirib. Dövlət başçısının bəyanatları onun aparatı tərəfindən yayılıb.
Hersoqun sözlərinə görə, təkcə son 24 saat ərzində müxtəlif ölkələrdən 120-yə yaxın yardım paketi Fələstin anklavına atılıb. “Su və elektrik sistemlərində genişmiqyaslı yenidənqurma işləri aparılıb və bu, bizim girovlarımızın aclıq çəkdiyi və çox, çox çətin vəziyyətdə olduğu bir vaxtdadır”, – prezident qeyd edib.
O vurğulayıb ki, İsrailin prioriteti Qəzzada saxlanılan girovların azad edilməsidir. Onun sözlərinə görə, bu, anklavda ümumi vəziyyətin yaxşılaşmasına kömək edəcək. “Girovlar azad edilərsə, atəşkəsə doğru irəliləmək mümkün olacaq və bu, Qəzzada vəziyyəti yaxşılaşdıracaq”, – Hersoq əmindir. (Tass)