İsrailin təhlükəsizlik kabineti girovların saxlanıla biləcəyi ərazilər də daxil olmaqla, bütün Qəzza zolağının “tam hərbi nəzarətə alınmasını” müzakirə etmək üçün avqustun 7-də görüşəcək.
Məlumata görə, baş nazir Benyamin Netanyahunun müdafiə naziri İsrael Katz və Baş Qərargah rəisi Eyal Zamirlə keçirdiyi qapalı görüşdən sonra təhlükəsizlik kabinetinin çağırılması barədə qərar qəbul edilib. Baş nazirin dəftərxanası çərşənbə axşamı, təxminən üç saat davam edən görüşdə Zamirin “Qəzza zolağında gələcək fəaliyyət variantlarını təqdim etdiyini” bildirərək, ordunun “hərbi-siyasi kabinetin qəbul etdiyi istənilən qərarı həyata keçirməyə tam hazır olduğunu” qeyd edib.