Ermənistan hökuməti onun rəhbəri Nikol Paşinyanın Vaşinqtona səfər edəcəyini, orada Azərbaycan və ABŞ liderləri İlham Əliyev və Donald Trampla görüşəcəyini təsdiqləyib. Müvafiq mesaj Nazirlər Kabinetinin Telegram kanalında yerləşdirilib.
“Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan avqustun 7-8-də ABŞ-a səfər edəcək. Baş nazir Paşinyan Vaşinqtonda Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi məqsədilə ABŞ prezidenti Donald Trampla ikitərəfli görüş keçirəcək, həmçinin regionda sülh, firavanlıq və iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə ABŞ prezidenti Donald Tramp və Azərbaycan prezidenti İlham Əliyevlə üçtərəfli görüş keçirəcək”. (Tass)