İyun 15, 2026-8:40
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

AQTA qida və yem məhsullarının izlənilməsi ilə bağlı məlumat yayıb

2025:08:06 - 14:33
in İQTİSADİYYAT
A A

Qida təhlükəsizliyinin təmin olunmasında məhsulların istehsal mərhələsindən son istehlakadək hərəkətinin izlənilməsi mühüm rol oynayır. Məhsulların mənşəyinin və hərəkət zəncirinin qeydə alınmaması qida mənşəli risklərin vaxtında aşkarlanmasına və qarşısının alınmasına ciddi maneə yaradır.

Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, ona görə də “Qida təhlükəsizliyi haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən, qida subyektləri onları qida və yem məhsulları, qida məhsulları əldə edilən heyvanlar, yaxud qida və yem məhsullarına əlavə edilməsi nəzərdə tutulan maddələrlə təchiz edən və ya özlərinin təchiz etdiyi digər subyektləri müəyyən etməyə imkan verən izləmə sisteminə və prosedurlarına malik olmalıdırlar.

Qanuna əsasən, qida subyektləri məhsulların izlənilməsi ilə bağlı müvafiq sənədlərin kağız daşıyıcılarda və (və ya) elektron formatda tərtib olunmasını və saxlanılmasını təmin etməlidirlər. Sənədləşmə prosesi məhsulların hərəkətinin mərhələlər üzrə qeydiyyatının aparılması ilə risklərin operativ müəyyən olunmasına, zəruri hallarda isə məhsulların geriyə çağırılması prosesinin səmərəli həyata keçirilməsinə imkan verir.

Qeyd edək ki, sahibkarlar bu sahədə çalışan əməkdaşların maarifləndirilməsini və izlənilə bilmə sistemlərinin qurulmasını müvafiq ixtisasa malik mütəxəssislər vasitəsilə özləri həyata keçirə və ya bu məqsədlə ixtisaslaşmış mərkəzlərə müraciət edə bilərlər.

Əvvəlki Yazı

Qanunsuz saxlanılan silah-sursat aşkar edilib

Növbəti Yazı

Azərbaycanda onlayn avtobus bileti alanlara işğaldan azad edilmiş ərazilərə səfər üçün icazə avtomatik verilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.