Avqust 21, 2025-23:55
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

İTSDA: Xroniki venoz xəstəliklərin diaqnostikası icbari tibbi sığorta təminatına daxildir

2025:08:06 - 10:20
in SOSİAL
A A

Ötən il icbari tibbi sığorta hesabına xroniki venoz xəstəliklərinin diaqnostikası məqsədilə 138 min 825 rəngli doppler və 219 fleboqrafiya müayinələri icra olunub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, xroniki venoz xəstəliklər – venaların uzunmüddətli funksional və ya struktur pozğunluqları nəticəsində meydana çıxan xəstəliklər qrupudur. Bu qrupa varikoz xəstəliyi, xroniki venoz çatışmazlıq, posttrombotik sindrom, flebopatiya, angiodisplaziyalar, venoz xoralar və retikulyar varikoz kimi pozğunluqlar daxildir.

Bu cür venoz xəstəliklərinin diaqnostikası əsasən vizual baxış, ultrasəs əsaslı görüntüləmə və funksional testlər vasitəsilə aparılır. Diaqnostikada ən geniş yayılmış ilkin müayinə üsulu rəngli dopler ultrasəs müayinəsidir. Bu metod müasir, qeyri-invaziv, ağrısız və təhlükəsiz görüntüləmə üsulu olaraq damarların vəziyyətini və qan axınının xüsusiyyətlərini qiymətləndirməyə imkan verir. Rəngli dopler ultrasəs müayinəsi hospitalizasiya tələb etmir və nəticə dərhal əldə olunur. Müayinə zamanı qan axınının sürəti və istiqaməti, damarların keçiriciliyi, venaların qapaq funksiyası və damarların anatomik quruluşu haqqında ətraflı məlumat almaq mümkündür. Bu üsul varikoz xəstəliyi, xroniki venoz çatışmazlıq, posttrombotik sindrom, flebopatiya və venaların trombozu kimi xəstəliklərin aşkarlanmasında geniş istifadə olunur.

Rəngli dopler ultrasəs müayinəsi bəzi hallarda damarların tam qiymətləndirilməsi üçün yetərli olmaya bilər. Belə vəziyyətlərdə daha detallı görüntü almaq üçün fleboqrafiya (və ya venoqrafiya) müayinəsi tətbiq olunur. Fleboqrafiya zamanı damarlara kontrast maddə yeridilərək rentgen, kompüter tomoqrafiyası və ya maqnit-rezonans tomoqrafiyası vasitəsilə detallı görüntü alınır. Bu invaziv müayinə damarların struktur və funksional vəziyyəti haqqında daha geniş informasiya təqdim edir. Fleboqrafiya dərin venoz trombozu, xroniki venoz çatışmazlıq, venoz malformasiyalar və damar stenozları kimi xəstəliklərin diaqnostikasında xüsusilə effektiv sayılır. Müayinə ayaqlarda səbəbi bilinməyən uzunmüddətli şişkinlik, izah olunmayan ağrılar, tromboz və ya əməliyyatdan əvvəl damar quruluşunun qiymətləndirilməsi məqsədilə də aparılır.

Venoz pozğunluqlar əhali arasında geniş yayılıb və vaxtında diaqnoz qoyulmadıqda ciddi ağırlaşmalara və həyat keyfiyyətinin azalmasına səbəb ola bilər. Bu səbəbdən sadalanan instrumental müayinələrin icbari tibbi sığorta hesabına olunması və əlçatanlığı, xəstəliklərin erkən mərhələdə aşkarlanmasına, fərdi müalicə planlarının hazırlanmasına şərait yaratmaqla effektiv müalicə üçün mühüm imkanlar yaradır.

Bu müayinələr icbari tibbi sığorta ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında və İTSDA ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) aparılır.

Müvafiq tibbi xidmətin göstərildiyi dövlət tibb müəssisələrini “Tibb müəssisələrinin axtarış sistemi” funksiyasından istifadə etməklə tanış ola bilərsiniz.

 

Əvvəlki Yazı

Qəbələdə dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Növbəti Yazı

BDYPİ avtomobillərin nömrə nişanlarını gizlədən sürücülərə çağırış edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.