Qəzza zolağında son 24 saat ərzində İsrailin hərəkətləri nəticəsində ən azı 138 fələstinli həlak olub, daha 771 fələstinli yaralanıb.
“Son 24 saat ərzində 138 ölü (o cümlədən üçü dağıntılar altından çıxarılıb) və 771 yaralı Qəzza zolağındakı xəstəxanalara yerləşdirilib”, mətndə deyilir.
Beləliklə, 2023-cü ilin oktyabr ayından Qəzzada davam edən münaqişənin qurbanlarının ümumi sayı 61 158 nəfərə yüksəlib, 151 mindən çox insan yaralanıb.
2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə daxil olması, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və əsirlərin girov götürülməsi ilə müşayiət olunandan sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturlarını məhv etmək və qaçırılanların hamısını azad etmək məqsədi ilə anklavda hərbi əməliyyata başlayıb.
Bu ilin martında İsrail qüvvələri anklavda hərbi əməliyyatları bərpa edərək, kütləvi zərbələr endirib və yanvarda yaradılmış atəşkəsi pozub. Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə keçirilən danışıqların bir neçə raundunda münaqişə tərəfləri yeni sazişin şərtləri ilə bağlı razılığa gələ bilməyiblər. (Tass)