Rusiya prezidenti Vladimir Putin və Malayziyanın ali hökmdarı İbrahim ibn İskəndər rəsmi qarşılanma mərasimindən sonra Böyük Kreml Sarayının Yaşıl qonaq otağında təkbətək danışıqlara başlayıblar.
Malayziyanın Ali Hökmdarı Rusiyada dövlət səfərindədir – diplomatik statusda ən yüksək olan belə bir səfər hakimiyyət dövründə yalnız bir dəfə mümkündür. Bundan əlavə, bu, 1967-ci ildə diplomatik münasibətlərin qurulmasından sonra Malayziya dövlət başçısının Rusiyaya ilk səfəridir.
Rusiya nümayəndə heyətinə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov, Rusiya Federasiyasının elm və ali təhsil naziri Valeri Falkov, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov daxildir. (Tass)