Avqust 21, 2025-9:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə HADİSƏ

Ombudsman Kəlbəcərdə hərbçilərin minaya düşməsi ilə bağlı məlumat yayıb

2025:08:06 - 17:21
in HADİSƏ
A A

Ötən gün Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun beş hərbi qulluqçusu mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) məlumat yayıb.

Məlumatda bildirilib ki, Azərbaycan ərazisində kütləvi şəkildə basdırılmış və bu günədək dəqiq xəritələri təqdim olunmamış minalar hər gün günahsız insanların həyata və sağlamlıqlarına böyük təhdid olaraq qalmaqdadır:

“Basdırılmış minalar, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışına, bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinə maneə yaradır, ətraf mühitə ciddi ziyan vurmaqla bölgədə ekoloji tarazlığın pozulmasına da səbəb olur. İşğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələri barədə məlumatların təqdim olunması ilə bağlı tərəfimizdən dəfələrlə beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərin qəbul edilməsinə baxmayaraq, Ermənistan tərəfi beynəlxalq humanitar hüquq normalarının tələblərini pozaraq bu məlumatları təqdim etməkdən boyun qaçırır”.

Ombudsman bir daha müvafiq beynəlxalq təşkilatları dəqiq mina xəritələrinin Azərbaycana təhvil verilməsi istiqamətində Ermənistana ciddi təsir göstərməyə və törədilən hərbi və ekoloji cinayətlərə, o cümlədən humanitar hüquq pozuntularına kəskin reaksiya verməyə çağırıb.

Əvvəlki Yazı

Milli Kitabxanada Xalq yazıçısı Elçin Əfəndiyevin xatirəsinə həsr olunmuş videoçarx hazırlanıb 

Növbəti Yazı

360-dan çox mədəniyyət xadimi Merzdən İsrailə silah tədarükünü dayandırmağa çağırır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.